“Ermənistan məsələnin həll olunmasında maraqlı görünmür”- ŞƏRH
“Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları bir nöqtədə dayanıb, tərpənmir. Belə ki, müqavildə olan 17 bənddən 15-i razılaşdılıb. Qalan 2 bəndin razılaşdırılması isə Ermənistanın məsələyə konstruktiv yanaşmasından asıllıdır. Belə ki, Ermənistan ilk növbədə konstitusiyasında və müstəqillik aktında Azərbaycanın ərazilərinə olan iddialarından rəsmi şəkildə əl çəkməlidir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
O bildirib ki, Ermənistan təəssüf ki, bu məsələnin həll olunmasında hələ də maraqlı görünmür: “Sülh müqaviləsi ilə bağlı danışıqlar dayansa da sərhədlərin delimitasiyası və demarkasiyası üzrə yaradılmış komissiyalar öz işinə davam etdirirlər.
Ermənistan mövcud reallığı dəyərləndirməli və Azərbaycanın haqlı tələblərini icra etməlidir. Amma təəssüf ki, Ermənistan Azərbaycanla danışıqlarda konstruktivlik nümayiş etdirmək əvəzinə sürətlə silahlanmaya üstünlük verib. Bu da onların sülh niyyətləri olmadığının göstəricisidir”.