“Bu gün Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, sülh prosesindən yayınma, biri-birinə zidd bəyanatlar səsləndirmək və Paşinyan hakimiyyətinin Qərbdən havadar axtamaq cəhdləri Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa maraqlı görünmədiyini deməyə əsas verir. Əgər belə olmasa idi, Ermənistan Avropa İttifaqının “missiyası”nın fəaliyyətinin daha iki il uzadılması ilə bağlı addımlar atmazdı. Eyni zamanda ABŞ ilə imzalanan sənəd də Ermənistanın sülhdə maraqlı olmadığını sübut edir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.


O bildirib ki, Ermənistan sülh müqaviləsi üçün Azərbaycanla təkbətək masaya əyləşməlidir: “Amma biz bu gün bunun tamamilə əksini görürük. Ermənistanın hazırki rəhbərliyi bu və ya digər formada sülh prosesini uzatmağa çalışır. Ermənistan Azərbaycanın qətiyyətli mövqeyi və haqlı tələbi qarşısında fərqli oyunlar oynayır. Bu gün Ermənistan addımları ilə Cənubi Qafqazda yeni münaqişə və müharibə ocağı yaratmağa çalışır. Çünki Ermənistan kütləvi şəkildə silahlanır və Qərbdən bütün formalarda dəstək almağa çalışır. Bu isə gələcəkdə Ermənistan üçün yaxşı heçnə vəd etmir. Ermənistanın yeganə yolu Azərbaycanla təkbətək masaya əyləşmək və haqlı tələblərimizi qəbul edərək, sülh müqaviləsini imzalamaqdan keçir. Əks təqdirdə itirən yenə Ermənistan olacaq”.


Bənzər xəbərlər