media-img_7533

“Hüquqi baxımdan hər kəsə bəllidir ki, Ruben Vardanyan və digər erməni separatçıları otuz il ərzində Azərbaycana qarşı bir çox cinayətlər həyata keçiriblər. Onların həyata keçirdiyi cinayətlər təkcə Azərbaycan konstitusiyasında təsbit olunan hüquqi öhdəliklər yaratmır. Həmçinin beynəlxalq hüququn norma və prinsipləri də pozulur”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

media-tural-ismayilov
O bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasının özü ayrıca bir hüququ cinayətdirsə, işğal müddəti ərzində Azərbaycan abidələrinin dağıdılması, ekoloji cinayətlər onları məhkəmə qarşısında hüquqi məsuliyyətə cəlb etdirir: “Ruben Vardanyanın özü isə konkret olaraq istər silahların daşınması, istər Qarabağda qanunsuz separatçı rejimin maliyyə baxımından dəstəklənməsi və digər bir çox hallarda cinayətlər törədib. Ona görə də bu hadisənin ətrafında siyasi şou yaratmaq, hüquq prinsiplərinə uymayan hadisəni siyasiləşdirmək, “Azərbaycanda erməni separatçılarına qarşı haqsızlıq edilir” kimi bir fikir yaratmaq absurddur. Bu baxımdan da BMT-nin İnsan Hüquqları Şurasında siyasətçilərlə yanaşı, əsl hüquqşünaslar əyləşib və onlar məsələnin mahiyyətini yaxşı başa düşdüklərinə görə, Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfinin iddialarını ləğv edib. Bu isə Ermənistanın nə qədər simasız bir dövlət olduğunu göstərir. Ermənistan bir tərəfdən sülhə hazır olduğunu deyir, digər tərəfdən isə Azərbaycanın daxili işlərinə qarışan Ruben Vardanyan və digər erməni separatçılarının Bakıda məhkəməyə çıxmasının ətrafında məsuliyyət daşımaq yerinə, bunu siyasiləşdirməyə çalışır. Bu baxımdan da BMT-nin İnsan Hüquqları Şurasının sonuncu qərarı təqdirəlayiqdir”.

Səbinə Hüseynli


Bənzər xəbərlər