“44 günlük uğurlu Vətən müharibəsindən xeyli vaxt keçir. Azərbaycan güclü dövlət olaraq müharibədən sonra Qarabağı yenidən qurmaq üçün bərpa işlərini davam etdirir və bu istiqamətdə çox böyük uğurlar əldə olunub. Şuşa şəhəri tanınmaz şəkildə gözəlləşib. Bütün bunlar göstərir ki, Azərbaycanın dövlət başçısının sözləri ilə desək, Qarabağ cənnətə çevrilir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.


Deputat bildirib ki, Azərbaycan tərəfi Ermənistanla münasibətləri normal məcraya salmaq və sülh müqaviləsini imzlamaq üçün ilk şərtləri də irəli sürüb: “2020-ci ildən xeyli vaxt keçir və təəssüflər olsun ki, Ermənistan tərəfi müxtəlif bəhanələrlə müqavilənin bağlanmasını ləngidir. Lakinin bununla bərabər Ermənistan tərəfi sülh müqaviləsini imzalamağa tələsməsi ilə bağlı görüntü formalaşdırır.

Ermənistan müxtəlif Qərb dairələrinə sığınaraq sülh müqaviləsini ləngidir. Amma Azərbaycan güclü dövlətdir və heç kimin qarşısında əyilmir. Azərbaycan Cənubi Qafqazda sülh və əmin-amanlığın tərəfdarıdır”.


Bənzər xəbərlər