“Ermənistan üçün aktual məsələ Azərbaycan-Rusiya münasibətləri olmamalıdır” – ŞƏRH OLUNDU
“Azərbaycanla Rusiya iki müstəqil dövlət olaraq tarixi əlaqələrə malikdir və hər bir dövlətin maraqları nəzərə alınmaq şərtilə, müttəfiqlik münasibətləri mövcuddur”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Polad Mehdiyev deyib.

O bildirib ki, iki ölkə arasındakı münasibətlər qarşılıqlı əlaqələrə əsaslanır:
“Azərbaycan qonşuları və bütün dövlətlərlə münasibətlərini müstəqil dövlətə xarakterik əlamətlərlə qurur: “Bu baxımdan Azərbaycan qonşuları ilə qarşılıqlı əlaqələrə və imzalanmış sazişlərə etibarlı olaraq münasibətləri davam etdirir. Bu, müstəqil dövlət refleksidir. Azərbaycandan fərqli olaraq müstəqil daxili və xarici siyasəti olmayan, yəni tarixin heç bir dönəmində müstəqil siyasət yeritmək ixtiyarında olmayan qonşumuz Ermənistan dövləti isə təəssüf ki, bu gün münasibətləri konflikt kimi görməyi arzu edir. M.Zaxarovanın da bildirdiyi kimi Ermənistan üçün aktual məsələ Azərbaycan-Rusiya münasibətləri olmamalıdır. Çünki Azərbaycan-Rusiya münasibətlərindən Ermənistan mədət ummamalıdır. Onlar üçün fundamental problemlər var və onlarla məşğul olmalıdırlar”.






