Ermənistan XİN rəhbəri İran sərhəddindəki qalmaqalın səbəbini axtarmamağa çağırıb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya sərhədçilərinin Ermənistanın İranla sərhədini tərk etməsində qalmaqalın səbəbini axtarmamağa çağırıb. “Patrulaz” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
Mirzoyan xatırladıb ki, Ermənistanın xahişi ilə Rusiya sərhədçiləri 1991-ci ildə Ermənistanın müstəqilliyinin ilk günlərindən Ermənistan-İran sərhədinin təhlükəsizliyinin təmin edilməsi ilə müvəqqəti məşğul olublar: “Bir müddət sonra biz, yəni Ermənistan Rusiya tərəfinə və müvafiq xidmətlərə sərhəddə bu qədər uzun xidmətə görə təşəkkür etdik və bildirdik ki, Ermənistan sərhədinin bu hissəsi bundan sonra öz qüvvələrimiz tərəfindən qoruna bilər. Bu da siyasi qalmaqal mənbəyi deyil”- deyə, Ermənistan XİN rəhbəri bildirib.






