media-inshot_20250813_135527847

Bakı ilə İrəvan arasında sülh müqaviləsinin paraflanmasına baxmayaraq, Ermənistan radikalları nifrət və separatizmi təbliğ etməyə davam edir.

Patrulaz.az “Bez Tormozov” teleqram kanalında yayılan kadrlara əsasən xəbər verir ki, Nasist ideologiyasına bağlı Daşnaksütyun partiyası gənclər üçün “Ordu 2025” adlı hərbi düşərgə təşkil edib.

Məlumata görə, təlimlərdə iştirak edənlərə yalnız hərbi bacarıqlar öyrədilmir, onlara həmçinin radikalizm, separatizm və nasist ideologiyası aşılanır.

Avqustun 11-də Byurakan kəndində keçirilən “açıq qapı” günü zamanı düşərgədə separatçı simvollar, ekstremist şüarlar və radikal ideyalar gənclərə təqdim edilib. Təlimdə Ermənistan parlamentinin üzvləri, o cümlədən Gürcüstanın Cavaxetiya bölgəsindən gəlmiş gənclər də iştirak edib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanmış  Birgə Sülh Bəyannaməsi ərazi bütövlüyünə hörmət və ekstremizm, separatizmə qarşı mübarizəni nəzərdə tutur. Lakin bu cür radikal düşərgələr və ideologiyaların açıq nümayişi regionda sülh prosesinə ciddi təhlükə yaradır.


Bənzər xəbərlər