media-inshot_20260504_155913539

Elm adamları əsnəməyin insan orqanizmi üçün gözlənilməz faydalarını üzə çıxarıblar.

Patrul.az xəbər verir ki, Yeni Cənubi Uels Universitetinin (UNSW Sydney) tədqiqatçıları tərəfindən aparılan araşdırma sübut edir ki, bu sadə hərəkət beyni daha gənc və sağlam saxlayır.

Alimlərin qənaətinə görə, əsnəmə zamanı onurğa-beyin mayesi və venoz qan beyindən koordinasiyalı şəkildə kəllə boşluğundan kənara axır. Bu proses beyni maddələr mübadiləsinin tullantılarından (məsələn, yuxu gətirən adenozindən) “yuyaraq” təmizləyir və yeni qida maddələrinin daxil olmasına şərait yaradır.

Sadə dillə desək, əsnəmək beynin təbii “ventilyasiyası” və “soyutma sistemi” funksiyasını yerinə yetirir. Güclü qan axını sayəsində beyin temperaturu tənzimlənir, hüceyrələr təzə oksigenlə zənginləşir.

Tədqiqatda xüsusi vurğulanır ki, maye axınının bu cür stimullaşdırılması gələcəkdə Altsheymer və Parkinson kimi ağır neyrodegenerativ xəstəliklərin qarşısının alınmasında mühüm rol oynaya bilər.

Odur ki, mütəxəssislər etik qaydaları bir kənara qoyub, beyin sağlamlığı üçün tez-tez əsnəməyi tövsiyə edirlər.


Bənzər xəbərlər