media-inshot_20251104_210428990

Ət insan orqanizmi üçün ən vacib zülal mənbələrindən biridir, amma düzgün bişirilmədikdə sağlamlıq üçün təhlükəyə çevrilə bilər. Çünki çiy və ya az bişmiş ət Salmonella, E.coli və digər bakteriyaların daşıyıcısı ola bilər. Bəs ətin təhlükəsizliyimiz üçün bişmə temperaturu necə olmalıdır?

Patrulaz.az ətin növlərinə görə bişmə temperaturunun necə olacağı barədə araşdırma edib.

Qırmızı ət (mal, qoyun, keçi)

Bu ət növləri tam bişmiş sayılması üçün daxili temperaturu 63–70°C aralığında olmalıdır. Əgər biftek və ya kabab kimi bişirilirsə, ətin ortasında artıq çiy hissə qalmamalıdır.

Quş əti (toyuq, hinduşka, ördək)

Ən çox diqqət tələb edən qida növüdür. İç temperaturu 75°C və yuxarı olmalıdır. Çünki quş ətində bakteriyalar bəzən dərinin alt qatında gizlənir.

Qiymə və ət məhsulları (kotlet, dönər və s.)

Qiymə halına gətirilmiş ət bakteriyaların daha tez yayılmasına şərait yaradır. Buna görə də minimum 70°C temperaturda bişirilməlidir.

Balıq və dəniz məhsulları

Balığın daxili temperaturu 60°C-ə çatmalıdır. Ətin rəngi şəffafdan südlü ağ və ya açıq çəhrayıya dönürsə, bu, bişdiyinin göstəricisidir.

Nə üçün bu qədər vacibdir?

Ətin iç hissəsinə qədər istilik keçməsə, orada yaşayan mikroorqanizmlər sağ qalır. Onlar da qida zəhərlənməsi, həzm pozğunluğu, hətta ciddi infeksiyalar yarada bilər. Termometr istifadə etmək və ya ətin rənginə, suyuna diqqət yetirmək sağlam qidalanmanın əsas şərtidir.

Ləman Sərraf


Bənzər xəbərlər