media-inshot_20260225_172514080

Məşhur türkiyəli komediyaçı və aktyor Mehmet Ali Erbil özündən 42 yaş kiçik həyat yoldaşı Gülseren Ceylan ilə yollarını ayırıb.

Patrul.az Türkiyə mediasına istinadla xəbər verir ki, cəmi 7 ay davam edən evlilik məhkəmə prosesi zamanı tərəflərin iştirakı olmadan, yalnız vəkillər vasitəsilə başa çatdırılıb.

Boşanmadan sonra Gülseren Ceylanın vəkili tərəfindən yayımlanan yazılı açıqlamada bildirilib ki, ayrılıq qarşılıqlı razılıq və hörmət əsasında baş verib, proses heç bir mübahisə, polemika və ya zərərli davranış olmadan mədəni şəkildə yekunlaşıb.

Məlumata görə, cütlük daha əvvəl də ayrılıq həddinə gəlib, lakin həmin vaxt evliliklərinə bir şans da verməyə qərar alıblar.

Qeyd edək ki, 68 yaşlı Mehmet Ali Erbil üçün bu, altıncı evliliyin başa çatması olub.

media-mehmet-ali-erbil-gulseren-ceylan-ciftinden-19599629_3166_m

Gülbəniz Səfərova


Bənzər xəbərlər