media-inshot_20260424_104725798

Türkiyəli model İrmak Öztaş çörək sexində işləməyə başlayıb.

Patrul.az xəbər verir ki, vaxtilə Türkiyəni beynəlxalq yarışlarda təmsil edən modelin çörəkxanada çalışmasına səbəb uzun müddət iş tapa bilməməsi olub.

Bu barədə özünün sosial media hesabında paylaşım edən Öztaş 7 ay işsiz qaldığını bildirib.

Model daha əvvəl “Miss Turkey”, “World Miss University” (2022-ci ildə Cənubi Koreyada Türkiyəni təmsil edib) və “Best Model” kimi nüfuzlu yarışmalarda iştirak edib.

O, İzmir İqtisadiyyat Universitetinin “Mütərcim-tərcüməçilik” fakültəsinin məzunudur, ingilis dilini yüksək səviyyədə bilir və turizm, xidmət və media sahələrində 10 illik təcrübəyə malikdir.

Məlumata görə, Öztaş daha əvvəl turizm və xidmət sektorunda, eləcə də media sahəsində müxtəlif vəzifələrdə çalışıb, həmçinin tərcümə və kontent istehsalı ilə də məşğul olub.

Onun bu paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub və izləyiciləri tərəfindən təəccüblə qarşılanıb.

media-uluslararasi-yarismalarda-turk-fa62729ea0-2165_2_m-1 media-uluslararasi-yarismalarda-turk-fa62729ea0-2362_1_m


Bənzər xəbərlər