Əvvəlcə "qoyun" dedi, ardınca atasını təhqir etdi - Deputat niyə çaynik atdı ? VİDEO
Gürcüstanın Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki mövcud problemlərlə bağlı keçirilən görüş zamanı insident baş verib.
Patrulaz.az “Savaz Media.az”a istinadla xəbər verir ki, görüş zamanı kəndin deputatı Ceyhun Çovdarov və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbova ittihamlar səsləndirilib.
Müzakirələr zamanı kənd sakinlərindən biri Ceyhun Çovdarovu təhqir edərək onu “qoyun” adlandırıb, ardınca isə valideynlərini təhqir edib. Deputat isə hisslərinə hakim ola bilməyib və masadakı çayniki həmin şəxsə atıb.
Videonun tam versiyasını təqdim edirik:






