"Eynəyimdən bir məndə, bir də Cennifer Lopezdə var" - Elza Seyidcahan
Əməkdar artist Elza Seyidcahan efirdəki qeyri-adi geyimi ilə yenidən diqqət çəkib.
Patrulaz.az xəbər verir ki, sənətçi “Qonaqcanlı” verilişində iştirak edərkən geyimi və aksesuarları barədə maraqlı açıqlamalar verib.
Elza Seyidcahan bildirib ki, proqram üçün seçdiyi libas və eynək tamamilə eksklüzivdir və onun taxdığı eynək dünyaca məşhur ulduz Cennifer Lopezdə də var:
“Bu ayaqqabıları kürəkənim Elxan Alisatov mənə Dubaydan hədiyyə alıb. O, xüsusilə mənim qarderobumla maraqlanır. Libasımı da bacım Rasimə Amerikadan aldırıb. Eynəyimdən isə bir məndə, bir də Cennifer Lopezdə var. Hamısı başdan-ayağa eksklüzivdir”.
Qeyd edək ki, Elza Seyidcahan qeyri-adi tərzi və cəsarətli geyim seçimləri ilə tez-tez medianın gündəminə gəlir. Onun Cennifer Lopezə bənzətmə ilə verdiyi bu açıqlama sosial şəbəkələrdə maraqla qarşılanıb.






