Eyni anda iki qəza baş verdi - VİDEO
Bu gün saat 09:58 radələrində Mehdiabad yolunda ard-arda iki yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az-ın məlumatına görə, “156 çatdırma” xidmətinə məxsus yük maşını minik avtomobili ilə toqquşub. Eyni anda başqa bir yük maşını isə yol kənarındakı boru xətlərinə çırpılıb.
Qəza nəticəsində xəsarət alanlar və ya maddi ziyanın miqyası barədə hələlik rəsmi açıqlama verilməyib.