media-inshot_20250918_105158314

İranda film səhnələrini xatırladan oğurluq hadisəsi baş verib.

Patrulaz.az “Azad İran”a əsasən xəbər verir ki, İranın Qeşm adasında zərgərlik mağazasına 5 nəfər silahlı şəxs daxil olaraq havaya atəş açıb. Bundan sonra oğrular mağazadan 8 kiloqram qızılı ələ keçiriblər.

Görüntülərdə qara qiyafəli üzü bağlı, çadralı və əli silahlı şəxslər mağazaya daxil olur, daha sonra içərdəki insanlar qorxaraq çölə qaçmağa başlayırlar. Bundan sonra isə soyğunçuların bir neçəsi zinnət əşyalarını yığmağa, digərləri isə vəziyyətə nəzarət ediblər.

Kadrlarda isə soyğundan sonra onlar ağ avtomobillə təcili şəkildə ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, hadisə nəticəsində mağazadan atəş səsləri eşidilsə də, xəsarət alan olmayıb. Hadisə yerli sakinlər və hüquq-mühafizə orqanları üçün tam mənası ilə “cinayət filmi” səhnəsini xatırladıb.


Bənzər xəbərlər