media-img_7731

“Cənab Prezident İlham Əliyev Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə səfər edən önəmli siyasətçilər, dövlət rəhbərləri ilə görüşlər keçirdi. Nəzərə almaq lazımdır ki, artıq Qlobal Bakı Forumu ölkəmiz üçün ənənə halını alıb və hər il paytaxtımıza dünyanın seçilən ölkələrindən nümayəndələr gəlirlər. Forumda dünyanı narahat edən mühüm məsələlər barəsində fikir mübadiləsi aparılır”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

media-tural-ismayilov
O bildirib ki, ölkəmizə səfər edən dövlət və hökumət rəhbərləri ilə cənab Prezidentin önəmli görüşləri həyata keçirildi: “Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbər şəxslərini qəbul etdi. Ardınca isə qlobal Bakı Forumunun açılışında bölgə ilə bağlı Azərbaycanın baxışları və gələcəklə bağlı detallar açıqlandı. Daha sonra isə ölkə rəhbəri BMT-nin vacib şəxsləri ilə mühüm görüşlər keçirdi. Hər bir halda forum çərçivəsində Azərbaycana səfər edən önəmli təşkilatların rəhbər şəxslərinin qəbulu dövlətimiz və dövlət rəhbərimizin nüfuzunu, hörmətini bir daha nümayiş etdirdi”.


Bənzər xəbərlər