“Azərbaycanda Fransa və Fransanın Cənubi Qafqazla bağlı yanaşmalarını özündə əks etdirən beynəlxalq konfransın keçirilməsi vacib əhəmiyyətə malikdir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, Fransanın həyata keçirdiyi ermənipərəst siyasət, anti-Azərbaycan mövqeləri, xüsusilə Emmanuel Makronun prezidentliyi dövründə Fransanın qlobal münasibətlər sisteminə zidd siyasətinin fraqmenti kimi artıq Azərbaycan əleyhinə siyasəti ən üst səviyyədə davam etdirməsi ciddi narahatlıq doğuran məqamdır: “Bu baxımdan da paytaxtımızda Fransanın bölgə ilə bağlı siyasətini, həmçinin bu siyasətdəki yanlışlar, Fransanın qəbuledilməz mövqeyinin ilk növbədə özünə böyük zərbə vurması ilə bağlı “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda beynəlxalq konfransın keçirilməsi ciddi əhəmiyyətə malikdir.

Fransanın bu yanlış siyasətinin məhz özü üçün yaradacağı ciddi böhranlar var. Çünki Fransa bölgənin ən önəmli dövləti olan Azərbaycanla əlaqələri korlamaqla məhz özü iqtisadi və siyasi baxımdan ciddi itkilərə məruz qalır. Digər tərəfdən isə artıq Bakı çox önəmli qlobal məsələlərin müzakirə edildiyi əsas beyin mərkəzinə çevrilib. Paytaxtımızda tez-tez beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu vacib konfransların keçirilməsi ölkəmizin əhəmiyyətini bir daha nümayiş etdirir”.


Bənzər xəbərlər