media-inshot_20250715_210458962

“Zirə” futbol klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Patrulaz.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bu dəfə Türkiyə təmsilçisi “Çorum”la qarşılaşıb. Görüş “Zirə”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 60-cı dəqiqədə Abdul Aziz Batibie açıb. 71-ci dəqiqədə isə Şahmar Aşurov komandasının üstünlüyünü iki topa çatdıraraq yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, “Zirə” bundan əvvəl də üç yoxlama oyunu keçirib. Bakıdakı ilk görüşdə “Qarabağ”a 0:4 hesabı ilə uduzan komanda, Türkiyədə keçirdiyi matçlarda “Ankara Keçiörengücü”nü 2:1, İordaniyanın “Əl-Hüseyin” klubunu isə 1:0 hesabı ilə məğlub edib.

“Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşacaq. İki görüşdən ibarət mərhələnin ilk oyunu iyulun 23-də, saat 19:30-da Bakıda, cavab qarşılaşması isə iyulun 31-də, saat 23:00-da Split şəhərindəki “Polyud” stadionunda baş tutacaq.


Bənzər xəbərlər