media-inshot_20251205_093023557

Dünəndən başlayan Geminid meteor yağışı dekabrın 17-dək aktiv olacaq və dekabrın 14-də öz zirvəsinə çatacaq.

Patrul.az-ın araşdırmasına görə, Geminid meteor yağışları ilin ən möhtəşəm və ən parlaq kosmik hadisələrindən biridir və hər il dekabr ayında səmaya xüsusi bir sehr qatır.

Geminidlər digər meteor yağışlarından həm parlaqlığı, həm də miqdarı ilə seçilir: bir saat ərzində 100-dən çox meteor müşahidə etmək mümkündür. Bu yağışın özəlliyi ondadır ki, o, tipik komet mənşəli meteor axınlarından fərqli olaraq asteroidə bənzər 3200 Phaethon adlı göy cismindən yaranır. Phaethon Günəşə yaxınlaşdıqda səthindəki material qızaraq qopur və kosmosa yayılır, Yer isə öz orbitində hər il həmin toz buludunun içindən keçdiyi üçün biz göydə ard-arda parlayan “ulduz axmaları” görürük. Meteoritlər atmosferə saniyədə 35 km sürətlə daxil olur, sürtünmədən qızır və güclü parıltı yaradır. Parlaq və yavaş hərəkət edən “atəş topları” isə Geminidlərin ən çox sevilən tərəfidir. Onların “Geminid” adlanmasının səbəbi də səmada Əkizlər (Gemini) bürcündən saçılırmış kimi görünmələridir. Dezavantaj yalnız odur ki, müşahidə üçün ən uyğun vaxt gecə yarısından sonradır və buludsuz hava şərt sayılır.

Ləman Sərraf


Bənzər xəbərlər