Gəncədə 5.7 milyonluq əmlak qalmaqalı - İDDİA! - VİDEO
Hazırda Nərimnanov Rayon Məhkəməsinin icraatında özünü “Avia-Ekologiya” MMC müəssisəsinin təsisçisi hesab edən şəxslə rəsmi təsisçi arasında təsis payının verilməsi ilə bağlı məhkəmə mübahisəsi vardır. Özünü təsisçi hesab edən şəxsin vəkilinin bildirdiyinə görə müəssisəyə məxsus olan Gəncə şəhəri, Kimyaçılar küçəsində yerləşən əmlakın üzərinə məhkəmənin qərarı ilə həbs qoyulmuş və Bakı Apellyasiya Məhkəməsində də həmin qərar dəyişdirilmədən saxlanılmışdır.
Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-1586/2017 saylı 07 iyul 2017-ci il tarixli qərarı ilə əmlaka dair yenidən qiymətləndirmə aparılması öhdəliyi icra məmurunun üzərinə qoyulduqdan sonra “Daşınan və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin 24.04.2018-ci il tarixli rəyinə əsasən əmlak kompleksinin dəyəri 5.700.000 (beş milyon yeddi yüz min) AZN dəyərində müəyyən edilmişdir.
Eyni zamanda müəssisənin rəsmi təsisçisinin oğlunun “vats up” səs yazıları vardır və həmin səs yazılarında əmlak kompleksinin tərkibində 1.000.000 (bir milyon) manat məbləğində dəmir avadanlıqların olduğu müəyyən edilir.
Müəssisənin rəsmi təsisçisinin özünün “vats up” səs yazılarından da əmlak kompleksinin ona məxsus olmadığı və Bakı Kommersiya Məhkəməsinin icraatında olan MMC-nin Banka qarşı iddiasına görə iddiadan imtina etməyə görə kiməsə hesabat verdiyi müəyyən olunur. Həmin səs yazılarından həmçinin rəsmi təsisçinin özü faktiki təsisçi olmadığına görə əmlak kompleksinin satışı üçün danışıq aparmaqdan çəkindiyi, müəssisənin faktiki təsisçisinin özü olmadığını etiraf etdiyi aşkar görünür.
Lakin müəssisənin təsis payına dair məhkəmə mübahisəsi getdiyi, yekunda təsisçinin kim olacağının hələ məhkəmə araşdırmalarından sonra müəyyən edilməli olmasına baxmayaraq, son 1 həftə ərzində əmlakın ipotekaya qoyulduğu “Yelo Bank” ASC və rəsmi təsisçi Adil Əliyev əlaqəyə girərək, əmlakın dəyərinin aşağı salınması üçün əmlak kompleksinin qanununsuz talanmasını həyata keçirməklə məşğuldurlar və hazırda Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-1586/2017 saylı 07 iyul 2017-ci il tarixli qərarına əsasən “Daşınan və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin 24.04.2018-ci il tarixli rəyi ilə dəyəri 5.700.000 (beş milyon yeddi yüz min) AZN olan və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə üzərinə həbs qoyulmuş əmlak kompleksini tamamilə talamışlar. Göründüyü kimi məhkəmə təsis payını müəyyən etmədiyi halda və əmlak üzərində həbs ola-ola “Yelo Bank” ASC və rəsmi təsisçi Adil Əliyev əmlakı qanunsuz yolla talamaqda davam edirlər. Qeyd etdiyimiz halları təsdiq etmək üçün sizə əmlak kompleksinin əvvəlki və 2025-ci ilin iyul ayına olan videogörüntülərini təqdim edirik və həmin videogörüntülər də üzərinə həbs qoyulmuş əmlak kompleksinin qanunsuz olaraq talandığını təsdiq edir.
Odur ki, müəssisənin talanmış əmlakının bərpa edilməsi, o cümlədən rəsmi təsisçinin oğlunun bildirdiyi dəyəri 1.000.000 (bir milyon) manat məbləğində dəmir avadanlıqların tapılmasını, təqsirkar şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edirik.






