media-inshot_20250722_092149116

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Patrulaz.az “APA”ya istinadən xəbər verir ki, qəza şəhərin “Bağman” adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub.

Nəticədə 1982-ci il təvəllüdlü N. Nəcəfov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər