Gəncədə yeniyetmə bıçaqlanaraq öldürüldü
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Patrulaz.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Tunar Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin əməliyyatına baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis hadisəni törətməkdə şübhəli bilinən şəxslərin müəyyən olunması və saxlanılması istiqamətində tədbirləri davam etdirir.






