“Gillette” adı altında xəstəlik riski: - Zirzəmidə gizli istehsal aşkarlanıb - VİDEO
Zirzəmidə istehsal olunan saxta “Gillette” məhsulları xəstəlik riski yaradır.
Patrulaz.az-a daxil olan məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərdə “Gillette” brendi adı altında istehsal olunan məhsulların zirzəmi şəraitində, gigiyena qaydalarına zidd formada hazırlandığı əks olunub.
Kadrlardan açıq-aşkar görünür ki, saxta məhsullar heç bir sanitar nəzarət olmadan qablaşdırılır. Bu cür istehsal prosesi həm istehlakçıların sağlamlığı üçün ciddi təhlükə, həm də gigiyenik normalara qarşı açıq pozuntu hesab olunur.
Mütəxəssislər bildirirlər ki, bu cür saxta təraş vasitələri dəri infeksiyalarına, allergiyalara və digər xəstəliklərə səbəb ola bilər.
Sakinlər və sosial media istifadəçiləri aidiyyəti qurumlardan bu halların araşdırılmasını və məsul şəxslərin müəyyən olunaraq qanuni tədbirlər görülməsini xahiş edirlər.






