Görəsən, hansı dövrdə yaşayırıq ki, xətlərdə belə avtobuslar istifadə edilir? - VİDEO
Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivində fəaliyyət göstərən 506 nömrəli marşrut avtobuslarının vəziyyəti uzun müddətdir sakinləri narahat edir.
Sərnişinlərin Patrulaz.az-a bildirdiyinə görə, bu nəqliyyat vasitələrinin əksəriyyəti köhnəlib, oturacaqlar istifadəyə yararsız haldadır, avtobusların içərisi isə toz-torpaq içindədir. Yay fəslində bu vəziyyət daha da dözülməz hal alır.
Sakinlər haqlı olaraq sual edirlər: bu avtobuslar nə vaxt yenilənəcək? Aidiyyəti qurumlardan məsələ ilə bağlı konkret tədbirlərin görülməsi və sərnişinlərin minimum rahatlıq şəraitində daşınması üçün şərait yaradılması tələb olunur.






