“Görəsən, onların görüşdən xəbəri var? bəzən Amerika sürprizlər edir” – Zelenskidən Trampa ironik mesaj
Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ Prezidenti Donald Tramp haqqında səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Patrul.az xəbər verir ki, Zelenski çıxışı zamanı yanvarın 23-də Birləşmiş Ərəb Əmirliklərində Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli görüşün keçiriləcəyini elan edib.
O, görüşlə bağlı maraqlı açıqlama verərək “görəsən, bundan onların da xəbəri varmı?” deyə sual edərək, bunu Trampın tez-tez sürprizlər etməsi ilə əlaqləndirib:
“Sabah və birigün Əmirliklərdə ilk üçtərəfli görüş olacaq. Ümid edirəm ki, Əmirliklər bundan xəbərdardır. Bəzən Amerika tərəfindən sürprizlər alırıq. Amma hər halda, onlar ora gedəcəklər. Düşünürəm ki, texniki səviyyədə belə bir üçtərəfli görüşün keçirilməsi yaxşıdır”, – deyə Ukrayna prezidenti qeyd edib.






