media-inshot_20250808_212226838

İmtahana hazırlaşmaq, dərsə fokuslanmaq, idmanda performansı artırmaq və s. kimi məqsədlərlə bir çox gəncin əl uzatdığı ilk şey enerji içkisidir. Tərkibindəki yüksək miqdarda kofein və şəkərlə sürətli enerji vəd edən bu içkilər əslində orqanizmə hansı siqnalları göndərir?

Patrulaz.az enerji içkiləri haqqında bilmədiklərinizi açıqlayır:

Mütəxəssislər xəbərdarlıq edir ki, enerji içkiləri bədənin təbii ritmini pozur. Gündəlik bir qutudan artıq qəbul edilən bu içkilər, nəbzin sürətlənməsinə, təzyiqin qalxmasına və uzunmüddətli ürək-damar problemlərinə səbəb ola bilər. Hətta bəzi hallarda, ilk istifadədən sonra belə əllərdə titrəmə, narahatlıq, yuxusuzluq və aqressiya kimi əlamətlər müşahidə olunub.

Üstəlik, bu içkilərin psixoloji təsiri də az deyil. Daim “enerjili” hiss etməyə çalışan gənclər, enerjiləri düşdükdə depressiyaya və özünüqiymətləndirmə probleminə daha meyilli olurlar. Beləcə, enerji içkisi yalnız fiziki deyil, eyni zamanda emosional bir asılılığa da çevrilir.

Nəticədə sadə bir seçim kimi görünən enerji içkiləri, əslində bədənin təbii balansını pozaraq həm ürəyə, həm beyinə, həm də gündəlik əhvalımıza ciddi zərbə vura bilir. Uzunömürlü diqqət və enerji üçün kofeinə deyil, sağlam yuxuya, suya və balanslı qidalanmaya üstünlük vermək lazımdır.

Ləman Sərraf


Bənzər xəbərlər