Gözünün görüşünə görə diqqət çəkən Makron bu dəfə görüşə günəş eynəyi ilə gəldi - FOTOSU
Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən rəsmi görüşə günəş eynəyi taxaraq qatılıb.
Patrul.az xəbər verir ki, onun rəsmi görüşə mavi rəngli günəş eynəyi ilə gəlməsi diqqət çəkib.
Görüş zamanı Makron eynək taxmasının səbəbini səhhəti ilə əlaqələndirib:
“Bu eynəklərə görə üzr istəyirəm. Bu, kiçik bir narahatlıqla bağlıdır. Onları bir müddət taxmalıyam, buna dözməli olacaqsınız.”
Xatırladaq ki, Makron bir neçə gün əvvəl Buş-dü-Ron bölgəsində yerləşən İstres Hərbi Bazasında Fransa Silahlı Qüvvələrinə Yeni il münasibətilə müraciət edərkən sağ gözündə qızartının olması diqqət çəkmişdi. Həmin görüntülər ictimaiyyətin marağına səbəb olmuşdu.







