Güclü fırtına məscidin minarəsini belə uçurdu - VİDEO
Türkiyənin Şanlıurfa vilayətində məscidin minarəsi uçub.
Patrul.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, hadisə axşam saatlarında dolu və güclü fırtına zamanı baş verib.
Qeydə alınan görüntülərdə minarənin uçması ildırımdan sonra baş verib.
Hadisə zamanı məscidin ətrafında heç kim olmadığından, xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Lakin rayonda ümumilikdə fırtına səbəbindən 1 nəfər (günəş panelinin aşması nəticəsində) həyatını itirib, 28 nəfər isə yaralanıb.
Hazırda ərazidə təmizlik işləri davam etdirilir və təhlükəsizlik tədbirləri görülür.






