Günəş işığı görməyən dünyanın ən qaranlıq 6 şəhəri - MARAQLI
Günəşin demək olar ki, heç görünmədiyi bir şəhərdə yaşamaq necə olardı? Dünyanın bəzi guşələrində gün işığı o qədər az olur ki, onun varlığı belə hiss olunmur. İlin çox hissəsində səma boz, küçələr dumanla örtülüdür və günəş yalnız qısa bir anlıq üzünü göstərir. Yeni açıqlanan məlumatlar isə dünyadakı ən qaranlıq şəhərləri üzə çıxarıb. Maraqlıdır ki, bəzi yerlər ildə cəmi 637 saat günəş işığı alır. Demək olar ki, bu şəhərlər il boyu qaranlıqla yaşayan guşələrdir.
Patrul.az il ərzində ən az günəş işığı alan, dünyanın ən qaranlıq 6 şəhərini açıqlayır:
Kolombiyanın Boqota şəhəri

Kolombiyanın paytaxtı və ən böyük şəhərlərindən biridir. Yüksəkliyi 2,640 metr olduğundan günəş işığı daha az görünür, hava tez-tez dumanlıdır. İldə təxminən 1328 saat günəş işığı alır
İslandiyanın Reykjavik şəhəri

İslandiyanın paytaxtı və ən böyük şəhəridir. Şimal işıqları ilə məşhurdur, qış aylarında günəş çox az görünür. İldə cəmi 1326 saat günəş işığı alır.
Argentinanın Uşuaia şəhəri
“Dünyanın sonu” kimi tanınır, Cənubi Amerikanın ən cənubunda yerləşir. Arktik iqlimə yaxın soyuq və qısa günlər ilə diqqət çəkir. İldə 1281 saat günəş işığı alır.
Kolombiyanın Buenaventura şəhəri

Kolumbiyanın əsas liman şəhərlərindən biridir. Tropik iqlim və tez-tez yağış yağması səbəbindən günəş il ərzində az görünür. İldə 1178 saat günəş işığı alır.
Rusiyanın Dikson şəhəri

Arktikada yerləşən şəhər, sibir soyuğu ilə məşhurdur. Qış aylarında günəş tamamilə görünməyə bilər. İldə 1164 saat günəş işığı əldə edilib.
Çinin Chongqing şəhəri

Çinin böyük metropol şəhərlərindən biridir. Rütubətli subtropik iqlim, buludlu və dumanlı havalar səbəbindən günəş il boyu nadir görünür. İldə yalnız 954 saat günəş işığı alır və siyahıda birinci yerdədir.







