media-screenshot_20250724_223056_gallery

Kipr səmasında qeyri-adi mənzərə yaranıb.

Patrulaz.az xəbər verir ki, Aralıq dənizində yerləşən Cənubi Kipr Respublikasında səmada olan Günəşin rəngi qırmızıya çevrilib.

Hadisə anından çəkilən görüntülərdə göy üzündə dayanan qırmızı rəngli Günəşə yaxınlaşdıqca alov topuna oxşayır.

Şahidlər bunu ölkədə uzun müddətdir ki, baş verən meşə yanğınları və küləklərin təsiri nəticəsində yarandığını bildiriblər.

Qeyd edək ki, Cənubi Kiprdə son iki gündə güclü küləklər səbəbindən başlayan meşə yanğınları nəzarətdən çıxıb. Hadisə şahidlərinin sözlərinə görə, şəhər ətrafında qırmızı Günəş fonunda alovlu burulğanlar və yanğınların yaratdığı panika hökm sürür.

Həmin görüntüləri təqdim edirik:

Gülbəniz Səfərova


Bənzər xəbərlər