media-inshot_20260108_073854124

Hollandiyada evlənmək istəyən cütlüyün xoş günü süni intellekt səbəbindən yarımçıq qalıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, nikah mərasimi zamanı nikah məmurunun səsləndirdiyi rəsmi çıxışın süni intellekt vasitəsilə hazırlandığı məlum olub.

Sonradan müəyyən edilib ki, həmin nitqdə Hollandiyaya məxsus qanunvericiliyin tələb etdiyi əsas ifadələr yer almayıb. Nəticədə nikah hüquqi baxımdan etibarsız sayılıb.

Araşdırma zamanı bildirilib ki, cütlüyün tanışı olan nikah məmuru onların istəyinə uyğun, daha “orijinal” çıxış hazırlamaq məqsədilə süni intellektdən istifadə edib. Lakin mərasim zamanı səsləndirilən ifadələr Hollandiya qanunvericiliyində nəzərdə tutulan məcburi hüquqi müddəaları ehtiva etməyib.

Bu qərarla razılaşmayan cütlük məhkəməyə müraciət edərək nikah mərasiminin düzgün şəkildə həyata keçirildiyinə inandıqlarını bildirib və evliliklərinin etibarlı hesab edilməsini xahiş ediblər.

Məhkəmə isə nikah tarixinin cütlük üçün mənəvi əhəmiyyət daşıdığını anladığını qeyd etsə də, qanunla müəyyən edilmiş tələblərdən kənara çıxa bilməyəcəyini vurğulayıb.

Qərarda bildirilib ki, Hollandiya Mülki Məcəlləsinin 1/67-ci maddəsinə əsasən, evlənən şəxslər nikah məmuru və şahidlərin iştirakı ilə bir-birini rəsmi şəkildə həyat yoldaşı kimi qəbul etdiklərini və nikahdan irəli gələn bütün hüquq və öhdəlikləri vicdanla yerinə yetirəcəklərini açıq şəkildə bəyan etməlidirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər