media-inshot_20250905_193511740

Türkiyədə uzun müddətdir məşhur aktrisa Hande Erçel ilə iş adamı Hakan Sabancının ayrılığı gündəmi zəbt edib.

Patrulaz.az xəbər verir ki, üç ilə yaxın münasibətdə olan cütlük ötən həftə yollarını ayırıb. Ayrılıqdan sonra onların birlikdə çəkdirdikləri bütün fotolar sosial media hesablarından da silinib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda ayrılığa həm ailə faktorları, həm də xəyanət iddiaları səbəb kimi göstərilib. Lakin hər iki tərəf bu şayiələri təkzib edib.

Hakan Sabancı şayiələrə cavab olaraq, ayrılıq barədə “Gazete Magazin”ə açıqlamasında tərəflər arasında xəyanətin olmadığı dilə gətirib:

“Münasibətimiz yaxşı idi, amma bitirdik. Bu məsələnin üçüncü şəxslərlə heç bir əlaqəsi yoxdur. Anama qarşı hörmətsizlik edirlər. Bu, iki nəfərin qərarı idi”.

Xatırladaq ki, mediada Sabancının keçmiş sevgilisi model Jocelyn Chew ilə yenidən görüşməsi barədə iddialar ortaya atılmışdı. Amma bu xəbərlər hər iki tərəf tərəfindən qəti şəkildə təkzib olunub.

Qeyd edək ki, digər versiyalara görə, ayrılığın əsas səbəbi Hande Erçelin evlənmək istəməsi, Hakan Sabancının isə bu addıma hazır olmaması olub. Hətta iş adamının anası Arzu Sabancının da aktrisanı gəlin kimi qəbul etmədiyi iddia edilib.


Bənzər xəbərlər