Hansı qan qrupu risk altındadır?
Qan qrupları yalnız tibbi analiz vərəqlərində yazılan bir göstərici deyil, insan sağlamlığı və hətta həyat tərzi ilə bağlı mühüm ipucları daşıyır.
Patrulaz.az-ın araşdırmasına görə, Mütəxəssislər bildirirlər ki, bəzi qan qrupları müəyyən xəstəliklərə qarşı daha davamlıdırsa, bəziləri isə daha çox risk altındadır.
Məsələn, I qrup bəzi ürək-damar xəstəliklərinə qarşı daha dayanıqlı sayılsa da, mədə xorasına və mədə-bağırsaq problemlərinə daha meyillidir.
II qrup insanlar stres hormonunu, yəni kortizolu daha çox ifraz etdiklərinə görə ürək xəstəlikləri və şəkərə daha tez tutulurlar.
III qrup bəzi xəstəliklərə qarşı güclü müqavimət göstərsə də, infeksiyalara daha həssas olur.
IV qrup isə ən nadir qrupdur və bu səbəbdən donor tapmaq çətinləşir, fövqəladə hallarda həyati təhlükə yarada bilir.
Araşdırmalar göstərir ki, II və IV qrup insanlarda qan laxtalanması və ürək-damar xəstəlikləri riski daha yüksək ola bilər. I qrup isə bu baxımdan üstünlüyə sahibdir, amma dediyimiz kimi, başqa zəif cəhətləri var.
Yəni, “ən təhlükəli qan qrupu” anlayışı şərtidir. Hər birinin öz riskləri və üstünlükləri mövcuddur. Ən əsası isə hansı qan qrupundan olmağımızdan asılı olmayaraq sağlam həyat tərzi sürmək və mütəmadi həkim müayinəsindən keçməkdir.






