Harvard Universiteti barədə araşdırmaya başlanılıb
ABŞ Təhsil Nazirliyi ilə Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin birgə açıqlamasında, “Harvard Law Review” jurnalının məqalə seçimi prosesində irqi meyarlara əsaslandığına dair iddialar səbəbilə, həm universitet, həm də jurnal haqqında araşdırma başladıldığı bildirilib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, açıqlamada araşdırma çərçivəsində jurnalın “yazarların irqinə görə seçim etdiyi və ləyaqətə önəm verilmədiyi” iddialarının olduğu qeyd olunub. İstintaq, jurnalın maliyyə əlaqələrini, nəzarət prosedurlarını, üzvlük və məqalə nəşri seçim siyasətlərini əhatə edəcək.
Sözügedən araşdırmanın məqsədi, federal hökumətdən qrant alan qurumların irqi ayrı-seçkilik etməsini qadağan edən 1964-cü il Mülki Hüquqlar Qanununun 6-cı Bəndinin pozulub-pozulmadığını müəyyən etməkdir.
Ləman Sərraf






