media-32e6f017-615e-4441-a80e-9bc09faa224b

Lənkəranın Şağlaser kəndində yerləşən svetoforun qırmızı işığına məhəl qoymayan sürücü, ona irad bildirən digər sürücüyə aqressiv cavab verərək hadisə yerindən uzaqlaşıb.

Patrulaz.az xəbər verir ki, hadisə zamanı “99-XJ-413” dövlət nömrə nişanlı avtomobilin sürücüsü işıqforun qırmızı işığında dayanmadan yoluna davam edib. Bu zaman digər bir sürücü ona “Qırmızı işıqdan keçdin”-, deyə irad bildirib. Sürücü isə “Sənlik deyil”,- cavabı verərək avtomobilini yüksək sürətlə idarə etməyə davam edib.

Vəziyyət barədə öz iradını bildirən şəxs qeyd edib ki, həmin sürücü təkcə qırmızı işıqda dayanmamaqla kifayətlənməyib, eyni zamanda avtomobilinə qanunsuz şəkildə quraşdırılmış LED faralarla digər sürücülər üçün təhlükə yaradıb:
“Gecə vaxtı bu cür güclü işıqlar qarşıdan gələn sürücünün gözünü qamaşdırır, qəza riski artır. Mən bir söz desəydim, dava düşəcəkdi”, – deyə o bildirib.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, svetoforun qırmızı işığından keçmək ciddi qayda pozuntusu sayılır və bu sürücünün həm özü, həm də digər yol iştirakçıları üçün təhlükə yaratması deməkdir. Eyni zamanda, qanunsuz LED faraların istifadəsi də yolverilməzdir və bu avtomobilin texniki göstəricilərinə birbaşa müdaxilədir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər