"Hər bir qanın bədəli var" - Müctəbadan Laricanın ölümünə REAKSİYA
“Ali Milli Təhlükəsizlik Şurasının katibi və Rəhbərin həmin şuradakı nümayəndəsi Əli Laricaninin, onun oğlunun və bəzi həmkarlarının şəhid olması xəbərini böyük təəssüf hissi ilə aldım. O, müxtəlif siyasi, hərbi, təhlükəsizlik, mədəni və idarəetmə sahələrində zəngin təcrübəyə malik alim, uzaqgörən, ağıllı və sadiq insan idi. İslam sisteminin müxtəlif təbəqələrində təxminən əlli il fəaliyyət göstərməsi onu görkəmli şəxsiyyətə çevirmişdi”.
Patrul.az xəbər verir ki, bunu İranın ali dini lideri Müctəba Xamenei İsrailin hücumları nəticəsində həyatını itirən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, onun oğlu və digər vəzifəli şəxslər ilə bağlı başsağlığı mesajında deyib.
O bildirib ki, tökülən hər bir qanın qisası alınacaq:
“Belə bir şəxsiyyətin öldürülməsi, şübhəsiz, onun əhəmiyyətini və İslam düşmənlərinin ona qarşı nifrətinin miqyasını göstərir. İslam əleyhdarları bilməlidirlər ki, İslam sisteminin ağacı uğrunda tökülən bu qan onu daha da gücləndirir. Əlbəttə ki, hər bir qanın bədəli var və şəhidlərin qatilləri tezliklə bunun əvəzini ödəyəcəklər. Bu itki ilə əlaqədar onun həyat yoldaşına, övladlarına, digər qohumlarına, xüsusilə Ayətullah Amoli Laricaniyə dərin hüznlə başsağlığı verir və Uca Allahdan onlara ən yüksək məqamlar nəsib etməsini diləyirəm”.






