media-inshot_20260224_135709318

Hər gün istifadə etdiyiniz o cəlbedici ətirlər sizi sadəcə xoş qoxulu etmir, həm də ciddi sağlamlıq riskləri ilə üz-üzə qoyur.

Patrul.az-ın araşdırmasına görə, xüsusilə ucuz və saxta parfümlərin tərkibində gizlənən kimyəvi maddələr bədənimizdəki hormonal balansı alt-üst edir.

Parfümlərin qoxusunu daha qalıcı etmək və plastik butulkalardakı maddələrin bir-birinə qarışmasını təmin etmək üçün istifadə olunan Ftalatlar (Phthalates) əslində “hormon təqlidçiləri”dir.

Niyə təhlükəlidir?

Bu kimyəvi maddələr dəri vasitəsilə birbaşa qana keçir. Orqanizm bu maddələri təbii hormonlarla (məsələn, estrogen) qarışıq salır. Orijinal parfümlərdə bu maddələrin miqdarı nəzarət altında olsa da, saxta və ucuz ətirlərdə heç bir standart yoxdur. Onlar qalıcılığı artırmaq üçün qat-qat artıq ftalat istifadə edirlər.

Bu kimyəvi maddələr hansı fəsadlara yol açır?

Araşdırmalar göstərir ki, parfümlərdəki bu toksik maddələr aşağıdakı ciddi problemlərə səbəb ola bilər:

Sonsuzluq riski

Həm qadınlarda, həm də kişilərdə reproduktiv sistemə zərər vurur, sperma keyfiyyətini aşağı salır və mayalanma prosesini çətinləşdirir.

Hormonal pozğunluq

Tiroid vəzi (zob) və digər hormonal sistemlərin işini pozaraq, maddələr mübadiləsini ləngidir və sürətli çəki artımına səbəb olur.

Hamiləlikdə təhlükə

Hamilə qadınların bu maddələrə məruz qalması dölün inkişafına mənfi təsir göstərə bilər.

Erkən pubertat

Uşaqlarda və yeniyetmələrdə cinsi inkişafın vaxtından tez başlamasına tetikleyici təsir göstərir. Ətirin qoxusu 2-3 gün getmirsə, bu onun “keyfiyyətli” olduğunu deyil, tərkibində həddindən artıq kimyəvi qatılaşdırıcı (ftalat) olduğunu göstərə bilər.

Etiketə baxın – “Phthalate”, “DEP” və ya “Daft” kimi qısaltmaları axtarın. Çox vaxt şirkətlər bu maddələri sadəcə “Fragrance” (Ətir) adı altında gizlədirlər.

Dərinizə vurmayın – Ətiri birbaşa dərinizə deyil, paltarınızın üzərinə vurun. Bu, kimyəvinin qana keçmə ehtimalını azaldır.

Orijinala üstünlük verin – “Açıq ətir” və ya metro çıxışlarında satılan saxta məhsullardan uzaq durun. Onların tərkibi laboratoriya nəzarətindən keçmir. Bu araşdırma göstərir ki, bir anlıq gözəl qoxu illərlə çəkən sağlamlıq probleminə çevrilə bilər.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər