media-inshot_20260204_201953884

“Coca-Cola” dünyada milyonlarla insan üçün ayrılmaz bir içkiyə çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, ilk baxışdan zərərsiz görünən bu qazlı içkinin mütəmadi istifadəsi zamanla orqanizmdə ciddi problemlərə yol aça bilər.

Patrul.az-ın araşdırmalarına görə, “Coca-Cola” tərkibindəki kofein və dad gücləndiriciləri səbəbində beyində mükafat mexanizmini aktivləşdirir. Bu da insanda “yaxşı hiss etmə” vərdişi yaradır. Zamanla içilmədikdə əsəbilik, halsızlıq və baş ağrısı kimi əlamətlər ortaya çıxır – bu isə psixoloji asılılığın göstəricisidir. Araşdırmalar “Coca-Cola”nı hər gün içməyin bir sıra sağlamlıq risklərini artırdığını göstərir:

Şəkər və metabolik risklər

Bir bankada təxminən 35 qram şəkər var. Bu miqdarın gündəlik qəbulu insulin müqavimətini artıra, 2-ci tip diabet və qaraciyər yağlanması riskini yüksəldə bilər. Şəkərin maye formada qəbul edilməsi toxluq hissini gecikdirir və daha çox yeməyə səbəb olur.

Çəki artımı və piylənmə

Mütəmadi qazlı içki içənlərdə qarın nahiyəsində yağlanma və bədən çəkisinin artması daha çox müşahidə olunur. “Diet” kola belə iştahanı artıraraq dolayı yolla çəki artımına təsir göstərə bilər.

Sümük və diş sağlamlığı

Tərkibindəki fosfor turşusu kalsiumun mənimsənilməsini azaldır. Uzunmüddətli istifadə sümük sıxlığının azalmasına və diş minasının zədələnməsinə səbəb ola bilər. Diş həkimləri gündəlik kola istehlakını riskli vərdişlər sırasında göstərir.

Ürək və təzyiq riski

Şəkər və kofeinin birlikdə təsiri qan təzyiqinin yüksəlməsi və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.

Beyin, yuxu və asılılıq

Kofein qısa müddətli enerji versə də, yuxu pozuntusu, əsəbilik və psixoloji asılılıq yarada bilər. İçki kəsildikdə baş ağrısı və halsızlıq kimi əlamətlər ortaya çıxır.

Böyrəklərə təsir

Araşdırmalar qazlı içkilərin böyrək daşı riskini artıra biləcəyini göstərir. Xüsusilə az su içənlər üçün bu risk daha yüksəkdir.

Diet kola həqiqətən təhlükəsizdirmi?

Şəkərsiz olsa da, süni dadlandırıcılar iştahanı artıra və metabolik problemlərə yol aça bilər. Mütəxəssislər diet kolanı da tam zərərsiz saymır.

Araşdırmaların ümumi nəticəsinə görə, “Coca-Cola”nı hər gün içmək qısa müddətdə hiss olunmasa da, uzunmüddətli dövrdə ciddi sağlamlıq problemləri yarada bilər. Mütəxəssislər gündəlik rasionda bu cür içkilər əvəzinə su, ayran və şəkərsiz bitki çaylarına üstünlük verilməsini tövsiyə edir.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər