“Hazırda Rusiya-Ukrayna cəbhəsində tərəflər prosesin hansı formada davam etməsinin axtarışındadırlar. Belə ki, hər iki tərəf indiki vəziyyət dəyişmək barəsində düşünür”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.


O bildirib ki, Qərbdən Ukraynaya gələn yardımlarda da fasilə müşahidə olunur: “Bu fasilə isə Trampın Ukrayna ilə bağlı konkret mövqe nümayiş etdirməməsi ilə bağlıdır. Trampın Ukraynada hansı siyasət aparacağının əlamətləri görünsə də, hələlik konkret addımlar atmır. Bu da həm Rusiya, həm də Ukraynanı dayandıqları mövqedə düşünməyə vadar edir. Trampın Ukraynada atacağı ilk real addım xüsusilə seçiləcək.
Trampı maraqlandıran Amerikanın üstünlüklərini qoruyub saxlamaq və bu üstünlüklərdən daha çox maliyyə vəsaiti qazanmaqdır”.


Bənzər xəbərlər