Heyvanlardan insanlara keçə bilən ən təhlükəli xəstəliklər hansılardır?
Heyvanlardan insanlara keçən, yəni zoonoz xəstəliklər qlobal səhiyyə üçün ən böyük risklərdən biridir. Statistikaya görə, dünyada ortaya çıxan yeni yoluxucu xəstəliklərin təxminən 60 faizi heyvan mənşəlidir. Bu xəstəliklər təkcə insan sağlamlığını deyil, kənd təsərrüfatını və iqtisadiyyatı da sarsıdır.
Patrulaz.az heyvanlardan insanlara keçə bilən ən təhlükəli xəstəlikləri araşdırıb.
Quduzluq (Rabies)
Ən qədim və hələ də ən ölümcül zoonozlardan biridir. Quduz virusu adətən it dişləməsi ilə keçir. Müalicə olunmadıqda demək olar ki, həmişə ölümcül olur.
Qripin heyvani formaları (Quş və donuz qripi)
Bu viruslar heyvanlarda dövr etsə də, müəyyən hallarda insana keçir və sürətlə yayılır. 2009-cu ildəki “donuz qripi” pandemiyası bunun bariz nümunəsidir.
Ebola
Afrikada yaranan bu virusun qaynağı meyvə yarasaları və bəzi meymun növləridir. Ebola çox yüksək ölüm göstəricisinə malikdir və insandan insana da keçə bilir.
Vərəm və brusellyoz
Bu xəstəliklər heyvan mənşəli bakteriyalarla yoluxur. Çiy süd, düzgün bişirilməmiş ət və ya yoluxmuş heyvanla təmas infeksiyanın əsas səbəbidir.
Koronaviruslar (məsələn, COVID-19 və SARS)
Son illərin ən tanınmış nümunəsidir. Bu virusların heyvandan insana keçməsi pandemiya miqyasında nəticələr doğurub. Zoonoz xəstəliklər sadəcə baytar və ya həkim problemi deyil, bütün insanlığın ortaq məsuliyyətidir. Heyvan sağlamlığı, təmiz qida istehsalı və ekoloji balans qorunmadıqca, yeni xəstəliklərin yaranma riski qalacaq.
Ləman Əlizadə






