Hollandiya Ermənistana 14 milyon avro maliyyə yardımı ayıracaq
Hollandiya Qarabağdan olan erməni köçkünlərinin mənzil probleminin həlli üçün 14 milyon avro maliyyə ayıracaq.
Patrulaz.az “Sputnik Armenia”a istinadən xəbər verir ku, bu barədə razılıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hollandiyaya səfəri çərçivəsində əldə olunub.
Hollandiyanın xarici işlər naziri David van Wiel sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, vəsait köçkünlərin əlverişli mənzillərlə təmin edilməsi məqsədilə Qlobal Güzəştli Maliyyələşdirmə Mexanizmi vasitəsilə yönləndiriləcək.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı tərəflər siyasi dialoqun davam etdirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın perspektivləri və biznes əlaqələrinin genişləndirilməsini də müzakirə ediblər.
Ararat Mirzoyan Hollandiyanın göstərdiyi maliyyə dəstəyinə, ticarət imkanlarının artırılmasına və Avropa bazarına çıxışın genişləndirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib. Lakin nazirlik ayrılan vəsaitin konkret necə istifadə olunacağını açıqlamayıb.
Nazirlər həmçinin beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Mirzoyan həmkarına 8 avqustda Ermənistan və Azərbaycan arasında əldə olunmuş Vaşinqton razılaşmalarının təfərrüatlarını təqdim edib.






