Husilər İsraildə otelə PUA-larla zərbə endirdi - VİDEO
Husilər İsrailin Eylat şəhərində yerləşən otelə dron zərbəsi endirib.
Patrulaz.az İsrail mediasına istinadən xəbər verir ki, Yəməndə fəaliyyət göstərən silahlı qrup “Husilər” İsrailin Eylat şəhərində yerləşən otelə pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib.
Yayılan kadrlarda dronun restoranın ikinci mərtəbəsində yerləşən otelin divarına çırpıldığı, daha sonra partlayış baş verərək yanğın çıxdığı əks olunub.
Şahidlərin sözlərinə görə, insident zamanı bina qatı tüstü ilə dolub. Hadisədən sonra yanğın qısa müddətdə söndürülüb.
Məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, yerli hakimiyyət orqanları bildirib ki, ümumilikdə şəhərə üç PUA və bir ballistik raket atılıb, lakin onların əksəriyyəti havada zərərsizləşdirilib.
Gülbəniz Səfərova






