media-inshot_20250811_191809314

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs İstanbulda keçirdiyi konsertindən əvvəl şok açıqlama verib.

Patrulaz.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi Harbiye Cəmil Topuzlu Açıq Hava Teatrında səhnəyə çıxaraq, sevilən mahnılarını ifa edib.

Lakin Tatlısesin konsertində diqqətçəkən məqam isə verdiyi açıqlaması olub. 73 yaşlı sənətçi jurnalistlərin “Sərvətinizi nəvələrinizə buraxacağınızı demişdiniz” sualına gözlənilməz cavab verib:

“Nəvələrimin boş ver. Mən gənc qızları qaçırıram, onlara da torunum deyəndə qaçıb gedirlər,” – deyə Tatlısəs bildirib.

Qeyd edək ki, İbrahim Tatlısəs illərdir səhnədəki enerjisi, səsi və yumor hissi ilə tamaşaçılarını heyran etməyi bacarır.


Bənzər xəbərlər