İbrahim Tatlısesdən həbs edilən qızı barədə ŞOK AÇIQLAMA
Məşhur müğənni İbrahim Tatlısesin qızı Dilan Çıtak polis əməkdaşlarının dayan əmrinə tabe olmayaraq, təcili yardım yolunu pozduğu üçün saxlanılıb.
Patrulaz.az “Altın Magazin”ə əsasən xəbər verir ki, yayılan görüntülərdə Dilan polisə mane olmaq üçün avtomobilini onların üzərinə sürüb. Hadisədən sonra gözaltına alınan Dilan Çıtak məhkəmənin qərarı ilə həbs edilib.
Dilan məhkəmə sonrası “Mənə qarşı komplolar qurulub”, deyərək, məşhur olması səbəbindən hədəf alındığını bildirib. Lakin sosial şəbəkə istifadəçiləri “Heç kimin dövlət polisinə qarşı belə davranmağa haqqı yoxdur!”, – deyə etirazlarını ifadə ediblər.
Hadisədən sonra ən böyük reaksiya isə atası İbrahim Tatlısesten gəlib.
O, “Haqq edən haqq etdiyi cəzanı alar!” sözləri ilə sərt münasibət göstərib. Həmçinin, oğlu İdo Tatlıses Dilan haqqında yazılan “Boş qutu çox səs-küy salır!” şərhini bəyənərək mövqeyini göstərib.
Ailəsindən dəstək görməyən Dilan “Kaş bu dünyaya məşhur olaraq gəlməzdim!”, – deyə narahatlığını ifadə edib.
Dilan Çıtakın avtomobilini polislərin üzərinə sürdüyü görüntüləri təqdim edirik:
Gülbəniz Səfərova






