media-1777987414_689129000_1272111485093767_7190671656132716553_n

Suraxanı Rayon İcra Hakimiyyətində uzun illər müxtəlif məsul vəzifələrdə çalışmış Nazim Hüseynalı oğlu Fətullayev bu gün səhər saatlarında vəfat edib.

Patrul.az xəbər verir ki, bu barədə Suraxanı Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, N.Fətullayev son dövrlər icra başçısının köməkçisi vəzifəsində çalışıb.

Məlumata görə, 1-ci dərəcəli dövlət qulluqçusu olan mərhum rayonun ictimai-siyasi həyatında aktiv fəaliyyəti ilə seçilib.

Onun hansı səbəbdən vəfat etməsi barədə məlumat verilməyib.

Qeyd edək ki, N. Fətullayev dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə rayon rəhbərliyi və kollektiv tərəfindən hörmətlə anılırdı.

Allah rəhmət eləsin!

media-1777989131_11media-screenshot_20260505_180518_facebook

 


Bənzər xəbərlər