media-img_6472

Masazır qəsəbəsində, Duz gölünün yaxınlığında yerləşən “Park Solero” yaşayış kompleksindən narahatedici görüntülər Patrul.az-ın qaynar xəttinə daxil olub.

Qaynar xəttimizə ünvanlanan şikayətə görə, ərazidə kanalizasiya sistemi mövcud olsa da, gecə saatlarında çirkab suların kənara axıdıldığı iddia olunur. Sakinlər bildirirlər ki, bu vəziyyət artıq dözülməz həddə çatıb, yaranan kəskin qoxu və antisanitar şərait onların gündəlik həyatına ciddi təsir göstərir.

Sakinlərin sözlərinə görə, sözügedən hal birdəfəlik deyil, mütəmadi olaraq təkrarlanır və xüsusilə gecə saatlarında daha qabarıq şəkildə müşahidə edilir. Bu isə həm yaşayış rahatlığını pozur, həm də ətraf mühitlə bağlı ciddi narahatlıq yaradır.

Duz gölü ətrafının ekoloji baxımdan həssas ərazi olması məsələnin əhəmiyyətini daha da artırır. Sakinlər aidiyyəti qurumları problemin mənbəyini araşdırmağa, məsələyə operativ müdaxilə etməyə və problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görməyə çağırırlar.

Patrul.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Bənzər xəbərlər