media-inshot_20260722_233745460

1952-ci ildə Puerto-Riko sahillərində qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları 74 ildən sonra okeanın dərinliyində aşkar edilib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, sualtı dron vasitəsilə təxminən 610 metr dərinlikdə təyyarənin gövdəsi və quyruq hissəsi müəyyən olunub.

Təyyarənin yeri ABŞ-nin “Air/Sea Heritage Foundation”, “Deep Sea Vision” sualtı araşdırma şirkəti və “Discovery Channel”ın “Expedition Unknown” verilişinin komandası tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində dəqiq müəyyən edilib.

Xatırladaq ki, 1952-ci il aprelin 11-də San-Xuandan Nyu-Yorka uçan sərnişin təyyarəsi havaya qalxdıqdan cəmi 9 dəqiqə sonra sağ qanadındakı hər iki mühərrikini itirib. Təcrübəli pilot Con Börns təyyarəni okeana məcburi sərt eniş etdirməyə nail olub.

Suya eniş zamanı göyərtədə olan 64 sərnişin və 5 ekipaj üzvünün hamısı ilkin zərbədən sağ çıxıb. Təyyarənin gövdəsi bütöv qalsa da, quyruq hissəsi qopub. Lakin hava gəmisi suya endikdən cəmi 3 dəqiqə sonra batıb. Nəticədə, təyyarədən çıxa bilməyən 52 nəfər boğularaq həyatını itirib. Hadisə zamanı 17 nəfər – 12 sərnişin və 5 ekipaj üzvü xilas ola bilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər