Ürəktutması keçirən gənci qarət etdi - Dəhşətli anlar kameraya düşdü
Türkiyədə ürəktutması keçirən şəxs köməksiz vəziyyətdə qarət olunub.
Patrul.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, hadisə səhər saatlarına Muğla vilayətinin Fethiye rayonunda Tarixi Paspatur Çarşısında qeydə alınıb.
Belə ki, hadisə zamanı yolda hərəkət edən gənc qəfil infarkt keçirərək səki kənarına yıxılıb və huşunu itirib.
Ərazidə olan bir nəfər naməlum şəxs isə gəncə kömək etmək bəhanəsi ilə ona yaxınlaşıb. Ətrafın sakitliyindən istifadə edən şübhəli gəncin şalvarının cibindən cüzdanını çıxararaq daxilindəki 6000 türk lirəsini (216 manat) oğurlayıb.
Hadisə anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.
Görüntülər əsasında hərəkətə keçən hüquq-mühafizə orqanları şübhəlinin 1970-ci il təvəllüdlü R.Y. olduğunu müəyyən edib. Aparılan əməliyyatla saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs edilib.
Qeyd edək ki, xəstəxanaya çatdırılan gəncin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.
Gülbəniz Səfərova






