"Instagram" yeni funksiyanı aktivləşdirdi - İstifadəçilər bunu çox istəyirdi
Sosial media platforması “instagram” istifadəçilər üçün vacib bir funksiyanı istifadəyə verib.
Patrul.az xəbər verir ki, platformaya əlavə edilən “Replace Audio” (Səsi dəyişdir) adlı yeni özəllik istifadəçilərə əvvəllər dərc etdikləri foto və videolardakı səs parçalarını tamamilə silmədən dəyişdirməyə imkan verəcək.
Yeniliyin tətbiq edilməsində əsas məqsəd kontent yaradıcılarının əlaqə və rəqəmsal statistika itkisinin qarşısını almaqdır. Belə ki, istifadəçilər paylaşımların bəyənmə, şərh, yaddaşa saxlama və baxış statistikalarını itirmədən musiqilərini istədikləri zaman yeniləyə biləcəklər. Bu funksiya həm tək fotolar, həm də karusel (çoxlu şəkil) formatlı paylaşımlar üçün keçərlidir.
Musiqini dəyişmək üçün addımlar:
1. Paylaşımın yuxarı sağ küncündəki üç nöqtə menyusuna daxil olmaq;
2. “Edit” (Redaktə et) bölməsini seçmək;
3. Ekranın yuxarı hissəsindəki “Audio” düyməsinə klikləyərək yeni mahnını təyin etmək.
Qeyd edək ki, funksiya qlobal olaraq bütün istifadəçilərə mərhələli şəkildə paylanılır. Özəlliyi aktiv görmək üçün tətbiqi ən son versiyaya yeniləmək tövsiyə olunur.






