media-inshot_20251103_172509226

Mütəxəssislər bildirir ki, intensiv məşqlərdən sonra nə içdiyiniz, nə yediyiniz qədər önəmlidir. Çünki düzgün içki bədənin bərpasını sürətləndirir, əzələləri qoruyur və enerjini balansda saxlayır. Su əlbəttə vacibdir, amma kifayət etmir. İdmançılar üçün daha təsirli seçimlər də var.

Su – bərpanın təməli

media-su-icmek-getty-1956077

Ən sadə, amma ən vacib içkidir. Məşq zamanı itirilən mayeni bərpa etməyin ilk yolu sudur. Susuzluq performansı azaldır, buna görə məşqdən əvvəl, məşq zamanı və sonrasında su içmək mütləqdir.

Elektrolit içkiləri

media-inshot_20251103_173118980

Tərlə bədəndən natrium, kalium və maqnezium kimi minerallar çıxır. Bu mineralların yerini doldurmaq üçün elektrolit tərkibli içkilər idealdır. Bu içkilər enerjini bərpa edir və əzələ spazmlarının qarşısını alır.

Süd və ya kakao südü

Təbii protein və karbohidrat mənbəyidir. Araşdırmalar göstərir ki, məşqdən sonra içilən kakao südü əzələlərin bərpasını idman içkiləri qədər effektiv dəstəkləyir.

Təzə sıxılmış meyvə şirələri

media-inshot_20251103_173553213

Xüsusilə portağal və nar şirəsi C vitamini və antioksidantla zəngindir. Qan dövranını yaxşılaşdırır və immuniteti gücləndirir.

Zəncəfil və ya limonlu su

media-inshot_20251103_173724643

Təbii şəkildə iltihabı azaldır, bədəni rahatladır və mədəni sakitləşdirir, xüsusilə ağır məşqlərdən sonra mükəmməl seçimdir. İdmandan sonra bədən bir növ “bərpa rejiminə” keçir. Düzgün içkilər bu prosesi gücləndirir, səhv seçimlər isə bütün əziyyəti boşa çıxara bilər. Yəni bəzən bir qurtum içki, bir saatlıq məşq qədər dəyərli olur.

Ləman Əlizadə


Bənzər xəbərlər